![Avro](https://azertag.az/files/2024/2/1200x630/1719003629438978807_1200x630.jpeg)
Bakı, 22 iyun, AZƏRTAC
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, D qrupunun ikinci matçında Niderland və Fransa yığmaları üz-üzə gəliblər. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qrupun digər oyununda isə Avstriya Polşanı 3:1 hesabı ilə məğlub edib.
Hazırda Fransa seçməsi 4 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Niderland isə ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.