EN

Netanyahunun müşaviri Ermənistanı hədələdi: “Mənfi təsir göstərəcək”

“İrəvanın Fələstin dövlətçiliyini tanıması onun İsraillə münasibətlərinə mənfi təsir göstərəcək”.Globalinfo.az xəbər verir ki, bunu baş nazir Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.“Ermənistan tərəfindən Fələstin dövlətinin tanınması HƏMAS və digər qruplarından olan terrorçular üçün bir mükafatdır” – deyə Gendelman vurğulayıb.Qeyd edək ki, Fələstini İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi ölkələr tanıyıb. İndi Ermənistan Xarici İşlər Nazirliyi də Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib.Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, bu, beynəlxalq hüquqa, xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqlik əsasında həyata keçirilib. İsrail Xarici İşlər Nazirliyi bununla bağlı Ermənistan səfirini dəqiqləşdirmə aparmaq üçün çağırıb.Facebook-da paylaş














Paylaş:

1Sources