“Atletik”in prezidenti Fidel Uriarte hücumçu Niko Uilyamsın gələcəyi ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti, Uilyamsa marağın normal olduğunu bildirib:
“Uilyamsa maraq normaldır. Lakin o, özü Bilbaoda çox xoşbəxtdir və onun bizim üçün oynamasından çox şadıq. Mən deməzdim ki, biz narahatıq”.
İspaniyalı futbolçuya top-klublar maraq göstərir. Onun müqaviləsində təqribən 58 milyon avroluq sərbəst qalma bəndi nəzərdə tutulub.
Uilyams dünən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda İtaliya ilə matçda (1:0) oyunun ən yaxşısı seçilib.
21 yaşlı futbolçu La Liqanın son mövsümündə 5 qol vurub, 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin Etiketləratletik niko uilyams