"Ötən gün riyaziyyat fənni üzrə müəllimlərin sertifikatlaşdırma imtahanları ilə bağlı yaradılan Apellyasiya Komissiyasına daxil olan müraciətlər çox deyil".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.
"Müraciətlərə sualların proqrama uyğun olmadığı hallarda baxıla bilər", - nazir müavini bildirib.