Banqladeşdəki bütün sağlamlıq mərkəzləri və xəstəxanalar, ölkədə ilan sancmalarının artması ilə bağlı xəbərlərdən sonra zəhərə qarşı mübarizə aparmaq əmri verildi.
Elchi.az bu barədə “BBC News”a istinadən xəbər verir.
Səhiyyə naziri Dr Samanta Lal Sen də ictimaiyyəti ilan sancması qurbanlarını mümkün qədər tez xəstəxanalara çatdırmağa çağırıb.
Banqladeş kəndlərindəki xəstəxanalar ilanların, xüsusilə Cənubi Asiyada rast gəlinən Russell gürzəsinin dişləməsi hallarının artdığını bildirib.
Hadisələr son həftələr Banqladeş sosial mediasında əsas mövzu olub.
Gəmiricilərlə qidalandığı üçün Russell gürzəsi çox vaxt insan məskənlərinin yaxınlığında və xüsusən də məhsul yığımı zamanı əkin sahələrində rast gəlinir.
2023-cü ildə aparılan bir araşdırmaya görə, Banqladeşdə hər il təxminən 7000 adam ilan sancmasından ölür. Qurbanların çoxu zəhərə qarşı tez müalicə olunarsa, sağ qalır.
Russell gürzəsinin 2002-ci ildə Banqladeşdə nəsli kəsilmiş elan edildi, lakin növ indi geri qayıtdı.
Elm adamları adətən quru ərazilərdə yaşayan ilanın müxtəlif iqlim şəraitlərinə uyğunlaşdığını və hazırda Banqladeşin 25-dən çox bölgəsinə yayıldığını düşünürlər.
Ümumdünya Səhiyyə Təşkilatı ilan sancmasının ən çox diqqətdən kənarda qalan tropik xəstəliklərdən biri olduğunu və onlarla mübarizəni prioritet hesab etdiyini bildirir.Nuranə Məmmədova