Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Bakuinfo.net-ə bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.