EN

Günün ULDUZ FALI

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.

Buğa - yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.

Əkizlər - perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin.
Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur. Axşam saatlarını romantik görüşə ayıra bilərsiniz.

Xərçəng - yeni və ağır işə başlamazdan əvvəl cari situasiyanı yetərincə dəqiq şəkildə dəyərləndirin. Mümkün perspektivləri proqnozlaşdırın. Real potensialınızın imkan vermədiyi qərarlar qəbul etməklə irəliləyə bilməzsiniz.
Günün ikinci yarısında fəaliyyət sahəsini dəyişmək barədə düşünmək olar. Alış-veriş üçün əlverişli zamandır. Sevdiyiniz insanla münasibətlərinizi inkişaf etdirin. Qarşılıqlı sayğı çox önəmli məsələdir.

Şir - daxili emosional durumunuz bu gün xüsusi əhəmiyyət kəsb edəcək. Əhvalınız ailə üzvlərinizin davranışı və yaxın ətrafınızdakı insanların əməllərindən də asılı olacaq.
Yaşamla, daşınmaz əmlakla bağlı məsələlərin çözülməsində ehtiyatlı olun. Düşünülməmiş qərarlar verməyin.
Günün ikinci yarısında işgüzar münasibətlərdə səlis, məntiqli addımlara zərurət duyulur. Bununla belə gündəlik qayğıları, xırdalıqları, detalları unutmayın. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə, pul məsələlərində sayıq olun.
Önəmli ödənişləri ertələyin.

Qız - günün ilk yarısından etibarən yaranan çətin, birmənalı olmayan situasiyalarda səliqəli davranın. Özünüzə qarşı kritik olun. Fəaliyyət sahənizdən kənar işlərlə çox məşğul olaraq vaxtınızdan qeyri-effektiv şəkildə yararlanmayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlar və etibarlılığına şübhə etdiyiniz insanlarla əməkdaşlıqda onlara çox inanmayın. İntuisiyanız sizə dürüst qərar verməyə yardım edəcək. Dəqiq cavabını bilmədiyiniz məsələlərdə təhtəlşüurunuza güvənin.

Tərəzi - başladığınız işləri bitirmək üçün kənardan yardımlar gözləməyin. İşdə rəhbərliyin tapşırıqlarının öhdəsindən gəlməyə çalışın. Müstəqil fəaliyyət üçün münasib zamandır. Rəqibləri üstələyərək məqsədə doğru sürətlə irəliləyin.
Günün ikinci yarısında planlarda dəyişikliklər, qrafikdə yenilənmələr ola bilər. Dövlət qurumlarına yollansanız, gözləntiləriniz doğrulmayacaq. Gərəkli məmur yerində olmayacaq.
Axşam saatlarında normal istirahət edin.

Chosen
161
50
publika.az

7Sources