EN

"Rusiyanın döyüş aviasiyasını məhv etmək üçün Ukraynaya silah lazımdır" - Zelenski

"Ukraynaya Amerika silahından Rusiya ərazisinə sərhəddən 100 km-dən çox olmayan məsafəyə zərbələr endirməyə icazə verilib, bu da işğalçıların əsas hava limanlarına zərbə endirməyə imkan vermir..."
 
İyunun üç həftəsi ərzində rusiyalı işğalçılar Ukraynaya 2400-dən çox idarəedilən aviasiya bombası atıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski iyunun 22-də öz videomüraciətində məlumat verib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
O, qeyd edib ki, hazırda Xarkovda Rusiyanın aviasiya bombasının düşdüyü yerdə dağıntıların aradan qaldırılması işləri davam edir, xilasetmə əməliyyatı mürəkkəbdir, çünki yaşayış evinin konstruksuyası çöküb.
 
"Biz Ukraynanın Rusiyanın belə terroruna dolğun cavab vermək imkanını əldə etməsi üçün maksumun işləyirik. 
 
Təkcə iyunun əvvəlindən rusiyalılar Ukraynaya qarşı 2400-dən artıq idarəedilən aviasiya bombası tətbiq edib, onlardan 700-ü Xarkov vilayəti, burada bizim mövqelərimiz, bizim şəhər və icmalarımıza qarşı istifadə edilib", - Zelenski deyib.
 
Prezident qeyd edib ki, işğalçılar "həm Donetsk vilayətinə, həm də cəbhəyanı və sərhədyanı regionlara, sadəcə, hər gün belə zərbələr endirir".
 
"Ukraynanın bu bombaların daşıyıcılarını, o cümlədən Rusiya aviasiyasını məhv etmək üçün zəruri qüvvə və vasitələrə ehtiyacı var.  Belə addıma ehtiyac var. 
 
Mən bütün tərəfdaşlarımıza, Amerikaya Xarkov vilayətində sərhəd rayonunda vəziyyəti sabitləşdirməyə kömək edən güclü qərara görə minnətdaram.
 
Biz sərhəd yaxınlığında və rusiyalı işğalçıların toplandığı yerlərdə Rusiyanın raket buraxılış qurğularını məhv etmək imkanı əldə etmişik", - o, vurğulayıb.
 
Zelenski bəyan edib ki, "belə qərarları davam etmək lazımdır".
 
"Rusiyanın Xarkova və vilayətə qarşı raket terrorunun xeyli azalması şəhərlərimiz və icmalarımızın Rusiya bombalarından qorumağın gerçəkdən mümkün olduğunu sübut edir.
 
Ona görə də Ukrayna üçün "Patriot" müasir HHM sistemləri və F-16 üçün bizim pilotların təliminin sürətləndirilməsi və xüsusilə silahımızın kifayət qədər uzaqvuran olması-bunlar həqiqətən həyatı müdafiə etmək üçün və məhz bunun üçün zəruridir", - o, deyib.
 
Kontekst
 
İyunun 22-də işğalçılar Xarkova Belqorod vilayəti ərazisindən dörd ədəd 30 sm çaplı döyüş mərmisi ilə zərbə endirib.
 
Mərmilərdən biri Osnovyansk rayonunda yaşayış evinə, üçü isə Xarkovun Xolodnoqorsk rayonunda müəssisəyə düşüb.
 
Son məlumatlara görə, aviasiya zərbəsi nəticəsində üç nəfər həlak olub, daha 38 nəfər yaralanıb.
 
İyunun 21-də "The Washington Post" nəşri adları açıqlanmayan iki ukraynalı məmura istinadən məlumat verib ki, ABŞ Ukraynaya Amerika silahı ilə Rusiya ərazisinə sərhəddən 100 km-dən çox olmayan məsafədə zərbələr endirməyə icazə verib və bu, rusiyalı işğalçıların əsas hava limanlarına zərbələr endirməyə imkan vermir.
Chosen
209
50
moderator.az

10Sources