EN

Günün ULDUZ FALI: diqqətsizlik ağır səhvə səbəb ola bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ağır gün olsa da, mübarizə hədəfi seçməyə çalışmayın.

Rəqiblər sakitləşiblər. Enerji və aktivliyinizdən qarşınızda duran problemlərin həlli üçün yararlansanız, yaxşı nəticələr əldə edəcəksiniz.

İşdə rəhbərlik, özəl fəaliyyətdə isə nüfuzlu şəxslərlə təmaslarda diqqətli və həssas olun. Sərt danışmayın, sözləriniz neqativ reaksiya yaratmasın. Zarafatlarınıza sərhəd qoyun.

Yaxınlarınıza diqqətlə yanaşın, qayğı bəsləyin. Amma hamiliyiniz ifrata varmasın.

Buğa - ağır fiziki işlərə başlamayın. İntellektual fəaliyyətə üstünlük verin. Mühüm məsələlələrin çözülməsində tərəfdaş və şəriklərin mövqelərini nəzərə alın. Aktual saydığınız məqamda istəyinizə çatmaq üçün ifrat dərəcədə aqressiv olmayın.

Günün ikinci yarısında ikinci dərəcəli, mənasız məsələləri çox önəmli saymayın. Sənədləşdirmədə gecikmələrə yol verməyin. Əks halda təxirəslamalar və ləngimələr ciddi problemlər yarada bilər.

Əkizlər - ağır, görüləsi işlərin çox olduğu gündür. İndiyədək rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdən çox tez yorula bilərsiniz.

Maliyyə və əmlakla bağlı xoşagəlməz xəbərlər istisna deyil.

Yaranmış problemləri həll etmək üçün hadisə yerində olmalısınız.

İnsanların gur olduğu yerlərdən kənarda çalışın, tədbirlərə qatılmayın. Belə tədbirdə narahatlıq hissinin yaranması, kiminləsə sərt danışmağınız istisna deyil.

Alış-verişdə bədxərclik etməyin.

Xərçəng - intuisiyanıza həddən artıq güvənməyin. Real biliklər və təcrübəni heç bir halda "altıncı hiss" əvəzləyə bilməz. Tapşırıq, yaxud sifarişi yerinə yetirmək üçün mühüm informasiyanın çatışmazlığını hiss edirsinizsə, həmin məlumatı arayın. Çalışdığınız kollektivdəki situasiyanı izləyin.

Günün ikinci yarısında maliyyə məsələlərində tələsik qərar verməyin. Kredit götürməzdən bütün nüansları araşdırın.

Axşam saatlarında normal istirahət edin.

Şir - günün ikinci yarısında öhdəlikləri asanlıqla yerinə yetirərək məqsədə çata bilərsiniz. İnnovasiyalardan istifadə edin. Önəmli məsələlərin həlli üçün əlverişli zamandır. Faydalı əlaqələri inkişaf etdirin.

Günün ikinci yarısında maddi rifahınızın asılı olduğu insanlarla təmasları aktivləşdirin. İşgüzar təmaslarda passivlik nümayiş etdirməyin. Yazışmalarda diqqətli olun. Tərəfdaşlarla problemləri müzakirə edin. Qarşı tərəfə sayğı nümayiş etdirin.

Qız - mənasız vurnuxma və səbəbsiz tələskənliyə heç bir ehtiyac yoxdur. İşləri ahəstə şəkildə, aramla görün. Diqqətsizlik sonradan önəmli məsələnin sonucuna çox pis təsir edə biləcək absurd, ağır səhvə səbəb ola bilər.

Günün ikinci yarısında olayları diqqətlə izləyin. Dəyər verdiyiniz insanların səhhəti ilə maraqlanın. Dostlarla əlaqə saxlayın.

Axşam saatları əyləncəyə yollanmazdan əvvəl gedəcəyiniz yer barədə zəruri məlumatları əldə edin.

Chosen
300
50
publika.az

10Sources