İsrail ordusu Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) bağlı peşə təhsili məktəbini bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə məktəbə sığınmış 4 mülki şəxs ölüb, 10-dan çox yaralı var.
Məlumata görə, aviasiya zərbəsi nəticəsində məktəbin binasının böyük hissəsi tamamilə dağılıb: "Məktəb istifadəyə yararsız hala düşüb...".
Tahir Şəlvəli
MİA.AZ