EN

Tokayev Putinə başsağlığı verdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dünya liderlərindən ilk olaraq Dağıstanda baş verən silsilə terror aktları ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı Kasım-Jomart Tokayev Dağıstanda pravoslav kilsələri və sinaqoqlarda din xadimləri və hüquq-mühafizə orqanları arasında insan tələfatı ilə nəticələnən terror aktları ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə səmimi başsağlığı və rəğbətini bildirib. Bundan başqa, Tokayev Putinə regionda əməliyyat-axtarış tədbirlərinə dəstək təklifini təqdim edib”, - mətbuat xidmətinin bəyanatında deyilir.

Qazaxıstan prezidenti terror aktını qətiyyətlə pisləyib və bunu anti-insani akt adlandırıb.

Tokayev həmçinin terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və BMT, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında həyata keçirilən tədbirləri dəstəklədiyini bildirib.

Xatırladaq ki, iyunun 24-də Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində bir sıra terror aktları baş verib. Hücum edənlər sinaqoqa, iki pravoslav kilsəsinə və yol polisi postuna atəş açıblar. 15-dən çox polis, bir neçə mülki şəxs və ruhani Ata Nikolay terrorçuların qurbanı olub.

Chosen
134
4
bakivaxti.az

4Sources