“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı “Fehervar”la matçın tarixi dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi paylaşım edib.
Bildirilib ki, qərar UEFA tərəfindən verilib. Oyun nəzərdə tutulduğu kimi 1 avqustda deyil, 31 iyulda keçiriləcək.
Qeyd edək ki, cütün ilk oyunu iyulun 25-də Azərbaycanda baş tutacaq.