EN

Azərbaycan MDB-də ən çox hansı ölkə ilə ticarət aparıb? - CƏDVƏL

Bu ilin yanvar-may aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 620,6 milyon ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 21,3 milyon dollar azdır.

Hesabat dövründə MDB ölkələrindən idxal isə 1,9 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 9,2% azdır.

Bu ilin 5 ayı ərzində Azərbaycanın MDB ölkələri ilə ticarətində lider Rusiya olub:

 

MDB ölkələri

Ticarət dövriyyəsi

Belarus

173,8 milyon dollar

Qazaxıstan

107,3 milyon dollar

Qırğızıstan

26,3 milyon dollar

Moldova

4,1 milyon dollar

Özbəkistan

68,9 milyon dollar

Rusiya

1,7 milyard dollar

Tacikistan

2,8 milyon dollar

Türkmənistan

203 milyon dollar

Ukrayna

199,5 milyon dollar

 

Gözəl Həşimova

Chosen
169
9
iqtisadiyyat.az

10Sources