Bu ilin yanvar-may aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 620,6 milyon ABŞ dolları dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 21,3 milyon dollar azdır.
Hesabat dövründə MDB ölkələrindən idxal isə 1,9 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 9,2% azdır.
Bu ilin 5 ayı ərzində Azərbaycanın MDB ölkələri ilə ticarətində lider Rusiya olub:
MDB ölkələri | Ticarət dövriyyəsi |
Belarus | 173,8 milyon dollar |
Qazaxıstan | 107,3 milyon dollar |
Qırğızıstan | 26,3 milyon dollar |
Moldova | 4,1 milyon dollar |
Özbəkistan | 68,9 milyon dollar |
Rusiya | 1,7 milyard dollar |
Tacikistan | 2,8 milyon dollar |
Türkmənistan | 203 milyon dollar |
Ukrayna | 199,5 milyon dollar |
Gözəl Həşimova