EN

Əli Kərimli indidən parlament seçkilərini uduzacaqlarını anlayır ANALİZ

Azərbaycan dövləti atılan bütün addımları, verilən istənilən qərarı sədaqətli olduğu hüquqi və demokratik dövlət quruculuğu prinsiplərinə uyğun həyata keçirir. Bu baxımdandır ki, ölkəmiz dünyanın ən azad və demokratik ölkəsi olaraq tanınır və qəbul edilir. Keçirilən bələdiyyə, parlament, prezident seçkiləri beynəlxalq norma və qaydalara, eləcə də Azərbaycanın qanunvericilik aktlarına uyğun təşkil edilib və keçirilib. Nəticədə hər bir seçki marafonu seçicilərin yüksək fəallığı ilə azad və demokratik şəraitdə baş tutub. İnsanlar sərbəst şəkildə seçki məntəqələrinə gedərək istədikləri namizədlərə səs verməklə öz seçki hüquqlarından istifadə ediblər. Gözlənilən növbəti parlament seçkilərinin də azad və demokratik şəraitdə keçəcəyi şübhəsizdir. Çünki bunun üçün siyasi iradə mövcuddur. Həm də xalq görülən fundamental işləri görür və həyata keçirilən müdrik siyasətin nəticələri barədə kifayət qədər məlumata malikdir. Ona görə də indidən birmənalı şəkildə demək olar ki, keçirilməsi planlaşdırılan parlament seçkilərinin əsas qalibi xalqın yüksək inam və etimad göstərdiyi Yeni Azərbaycan Partiyası olacaq. Hələlik isə, seçkilərə hazırlıqla bağlı müəyyən texniki prosedurlar həyata keçirilməkdədir. Cari ilin mayın 2-də Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov parlament seçkilərinin önə çəkilməsindən bəhs etmişdi. İyunun 20-də isə YAP İdarə Heyəti parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Yeni Azərbaycan Partiyası belə addıma getməsini COP 29 sammiti ilə əlaqələndirib və Parlamentdəki deputatlara növbədənkənar seçkinin təyin edilməsi üçün Prezidentə müraciət etməsi təşəbbüsü ilə çıxış edib.

Əli Kərimli seçkilərdə uduzacaqları anonsunu verib

Göründüyü kimi, növbədənkənar parlament seçkilərinin planlaşdırılması tam şəkildə qanunvericiliyin tələblərinə uyğundur. Bundan hansısa siyasi partiya funksioneri özünün dayaz düşüncəsinə uyğun siyasi nəticələr düzəldib, ona uyğun da fikirlər səsləndirirsə, deməli, onun ağlında problemlər var. Həm də özünə və təmsil etdiyi partiyaya inamsızlıq mövcuddur. Çünki özünə və təmsil olunduğu partiyaya güvənən istənilən funksioner istənilən situasiyaya və proseslərə hazır olmalıdır. Lakin ortada olan fakt ondan ibarətdir ki, AXCP və Mili Şura təmsilçiləri keçirilməsi gözlənilən parlament seçkilərindən narahat olduqlarını nümayiş etdirirlər. Hətta Əli Kərimli açıq formada bildirib ki, cəbhəçilər parlament seçkilərinə hazır deyillər. Bununla o, seçkilərdə uduzacaqları anonsunu verib. Qaçılmaz seçki məğlubiyyətindən özlərini sığortalamaq üçün Əli Kərimli müxtəlif bəhanələr və iddialarla çıxış edir. Onun Qənimət Zahidin “Azərbaycan saat”ına müsahibəsində “yayın istiləri başa çatmamış Azərbaycan hakimiyyətinin parlament seçkilərinin keçirilməsi qərarını verməsi başa düşülən deyil” fikirləri daha çox gülüş doğurur. Digər ironiya ilə qarşılanan fikri isə “imkan vermək istəmirlər ki, parlament seçkiləri COP29-a, payız aylarına qalsın”, - deyə bildirməsidir. Bu məxluq anlamır ki, seçki marafonunun keçirilməsi qərarının verilməsi o demək deyil ki, ümumxalq tədbir növbəti həftə keçiriləcək. Seçki qanunvericiliyinə görə, marafon ən az 60 gündən sonra baş tutacaq. Bu isə yayın qızmar istilərinə deyil, payız fəslinə təsadüf edir. Deməli, Ə.Kərimlinin arzuetdiyi kimi seçkilər payız fəslində keçiləcək. Ə.Kərimlinin bunu hesablamaq beyni yoxdursa, ağaları ilə dəqiqləşdirmə apara bilərdi. Aparmırsa o qənaəti yaradır ki, “Yurd” şefi bilərəkdən ağısız iddialarla çıxış edir.

Deyilənə görə, G,Hacıbəyli hər gün keçmiş günlərdə lentə alınan videolara baxıb, için -için ağlayır

Düşünmək olar ki, parlament seçkiləri ilə yanlış mövqe sərgiləyən yalnız Əli Kərimli, Cəmil Həsənli və AXCP-dəki trollar ola bilər. Lakin araşdırma aparıb, sosial şəbəkələri nəzərdən keçirdikdən sonra aydın olur ki, dağıdıcı ünsürlərin hamısı eyni bezin qırağıdır. Yəni el məsəlində deyildiyi kimi, “Əlisi dəli, Vəlisi dəli qırılmışın hamısı dəli”. Çünki Ə.Kərimlinin ətrafında fırlanan hər kəs onun kimi düşünür və anormal fikirlər söyləyirlər. Gültəkin Hacıbəyli deyilən məxluq isə necə deyərlər, sərsəm ifadələri ilə lap əndazəni aşıb. O mənada ki, bu məxluq deyib ki, “Azərbaycan hakimiyyəti seçkiləri ya qışın şaxtasında, ya da yayın qızmarında keçirir”. Adama başa salan lazımdır “bəs seçkilər nə zaman keçirilsin?”. Təbii ki, istəsək belə G.Hacıbəylini anlatmaq mümkün deyil. Çünki ciddi şəkildə Ə.Kərimlinin təsir altındadır, beyni zəhərlənib, qəlbi korlanıb, ürəyi zir-zibillə doldurulub.

G.Hacıbəylinin Ə.Kərimlinin və C.Həsənlinin yanında yer alıb, onların trolu olaraq çıxış etməsinin səbəbi isə ötən parlament seçkilərindən üzüqara çıxmasıdır. Günahı özündə axtarmaqdansa, G.Hcıbəyli başqalarını ittiham edir. Dağıdıcılarla eyni sırada dayanmaqla bir zaman seçki marafonunda uduzduğu şəxslərdən qisas alacağını düşünür. Ancaq anlamır ki, səhvlər daha böyük fəlakətlər gətir, necə ki həmin fəlakətlərin içindədir. Söz yox ki, G.Hacıbəyli ötən qayğısız, hər kəsin ona hörmət bəslədiyi, oturması üçün yuxarı başı göstərdiyi, yaxşı hədiyyələrin, obyektlərin, mənzillərin verildiyi dönəmi xatırlayır. Deyilənə görə, G,Hacıbəyli hər gün keçmiş günlər də lentə alınan videolara baxıb, için -için ağlayır. Düşünür ki, kaş dövr və zaman təkrarlana və o yenidən parlament kreslolarının birin də əyləşə. Lakin bu mümkünsüzdür. Çünki cəmiyyət onu işverən və xalqın, dövlətin maraqlarına zərbə vurmağa çalışana məxluq olaraq tanıyır. Artıq onun və yandaşlarının parlamentə düşmələri çətin məslədir. Bunu G.Hacıbəylinin özü də yaxşı anlayır. Bu baxımdandır ki, parlament seçkilərinin keçirilməsi barədə məlumatlar mətbuata çıxdıqdan sonra G.Hacıbəyli xəstələnib. Onun ağır depressiya vəziyyətində xəstəxanaya aparıldığı bildirilir. Təbii ki, xəstəxana da həkimlər onun gözlərini açacaqlar. O da ətrafına boylanacaq və çox ehtimal ki, yenidən parlament seçkilərinin başlanmağa tarixini eşidincə yenidən ürəyi gedəcək. Hər kəs də məsələdən agah olacaq və dodaqlarının ucunda o fikir səslənəcək, “bədbəxt... bədbəxt”.

İLHAM ƏLİYEV

Chosen
152
11
sesqazeti.az

10Sources