EN

“VAZ”ın qabağını göyə qaldırıb, nömrəsiz idarə edən sürücü - 10-UR-987 - VİDEO

Avtomobilə konstruksiya dəyişikliyi edərək qayda pozan sürücünün görüntüləri sosial şəbəkədə geniş yayılıb.

Avtosfer.az-ın məlumatına görə, 10-UR-987 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü videolarını çəkərək “Cavidan987” istifadəçi adı ilə “TikTok”da paylaşır. Belə ki, maşını dövlət nömrə nişanı olmadan idarə edən sürücü ötmə və manevr qaydalarını pozur. Eyni zamanda avtomobilin loqosunu “Porsche”nin loqosuyla əvəz edib və nəqliyyat vasitəsinin arxa yaylarını kəsərək ön hissəsini qaldırıb və ön faralarına qara üzlük (eynək) vurub. 

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Konvensiyaya görə, loqonun çıxarılması və ya digər markaya aid loqo ilə əvəz olunması qanunsuz hesab olunur. Bu əməl, markanın dəyişdirilməsi kimi qiymətləndirilir. Qanunvericiliyə görə, bu xətanı törətmiş sürücüləri 150 manat məbləğində cərimə gözləyir. Eyni zamanda dövlət qeydiyyat nişanları olmadan nəqliyyat vasitələrini idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən, 100 manat məbləğində cərimə nəzərdə tutulur. 

Nərmin

Chosen
191
avtosfer.az

1Sources