EN

Paşinyan Putinə başsağlığı verib

 

Ermınistanın Baş naziri Nikol Paşinyan Dərbənd və Mahaçqalada törədilən terror aktları ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib. 

Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Paşinyan Ermənistan xalqı adından və şəxsən öz adından həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərini çatdırıb, bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, bazar günü Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, iki sinaqoqa və yol polisi postuna hücum edib, terror aktları ilə bağlı cinayət işi açılıb. 

Leyla SƏMƏNDƏRMissiya.Az

Chosen
260
missiya.az

1Sources