Bakı. Trend:
Türkiyə yığması qapıçısı Doğan Alemdarı itirib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, qolkiper məşq zamanı zədələnib.
Onun dizinin ön çarpaz bağlarında qopma əmələ gəlib. Bu səbəbdəndə 21 yaşlı qolkiper yığmadan ayrılıb. Onu “Başakşəhər”dən MuhammedŞəngəzər əvəzləyib.
Qeyd edək ki, F qrupunun son oyununda Türkiyə iyunun 26-daÇexiya ilə qarşılaşacaq.