EN

Kadırovun anasına da sanksiya tətbiq edildi

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiya paketi çərçivəsində Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovaya qarşı sanksiyalar tətbiq edib.

Olaylar xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, o, ukraynalı uşaqların yenidən təhsil alması üçün "proqramın həyata keçirilməsi" və xüsusi əməliyyatda iştirak edən çeçen döyüşçülərin ailələrinə kömək etdiyi üçün sanksiya siyahısına salınıb.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib. Sanksiya paketində digər şeylərlə yanaşı, 116 fiziki və hüquqi şəxsə qarşı şəxsi sanksiyalar da yer alıb.  (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
120
18
olaylar.az

10Sources