EN

Ronaldo ilə şəkil çəkdirən uşağın atası DANIŞDI: “Dedi, tualetə gedirəm”

Xəbər verdiyimiz kimi, Dortmundda keçirilən Avro-2024-ün qrup ikinci oyununda Türkiyə və Portuqaliya milliləri üz-üzə gəlib. Portuqaliya 3:0 hesabı ilə qalib gəlsə də, azarkeşlərin meydanda davamlı qaçması səbəbindən oyun dəfələrlə dayandırılmalı olub.

Meydana daxil olanlardan birinin 10 yaşlı Berat Uluğ olduğu məlum olub. Qarşılaşmadan əvvəl dostları ilə mərc edən Berat bu barədə atası Çətin Uluğa heç nə deməyib. O, sadəcə “tualetə gedirəm” deyərək meydanı tərk edib.

Onun atası Berat Uluğ həmin anları danışıb: “Tualetə getdiyini söylədi. Birdən skamyanın damında gördüm və qaçmağa başladı”

“Arzularımı gerçəkləşdirdim. İndi mənim Kriştiano Ronaldo ilə şəklim var. Mən bunu köynəkdə çap edib otağımda saxlayacağam” – Almaniya klublarından KSV Hessen Kasselin U11 komandasının 10 nömrəsi Berat deyib.

ucnoqta.az

Chosen
52
2
savash.org

3Sources