EN

İctimai “Wi-Fi” şəbəkəsi təhlükəlidir: Kiberhücumlar ola bilər ...

İctimai internet şəbəkəsi əlaqədə qalmağın rahat yolu olsa da, bu özündə təhlükəsizlik risklərini də daşıyır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin məlumatında deyilir. Qeyd olunur ki, bunun səbəbi isə bir çox ictimai “Wi-Fi” şəbəkələrinin (restoran, kafe, park, aeroport) bağlantıya açıq olması və şifr tələb etməməsidir. Bu da öz növbəsində təhlükəsizlik boşluğu yaradaraq kiberdələduzların cihazınıza daxil olmasını asanlaşdırır.

İctimai “Wi-Fi”dan istifadə zamanı baş verə biləcək kiberhücumlar aşağıdakılardır:

Ortadakı adam hücumu (MITM): Kiberdələduz rəsmi görünən saxta “Wi-Fi” şəbəkəsi qurur və qoşulma baş verdikdə cihazınızla internet arasında axan məlumatlar ələ keçirilir, həmçinin giriş məlumatlarınız (istigadəçi adı və şifr) bank kartı və digər həssas məlumatlarınız oğurlanma riski ilə üzləşir.

Sessiya oğurluğu hücumu: Sessiya oğurluğu hücumunda kiberdələduz sizin ictimai “Wi-Fi” şəbəkəniz ilə qoşulduğunuz veb-saytdan kuki fayllarınızı oğurlayır və sizin giriş məlumatlarınıza ehtiyac duymadan sizi veb-sytda təqlid edir.

Zərərli hotspot: Kiberdələduzlar bəzən istifadəçiləri “Wi-Fi” şəbəkəsinə qoşulmağa sövq etmək üçün "Free Public Wi-Fi", "Free Wi-Fi" kimi adlarla açıq şəbəkələr yaradırlar. Qoşulduqdan sonra kiberdələduz tərəfindən cihazınıza zərəli proqramın yüklənməsi və digər proseslər baş verə bilər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
94
4
ucnoqta.az

5Sources