EN

Daşkəsəndə dəhşət: Ər arvadını baltaladı

Daşkəsən rayonununda ər həyat yoldaşını balta ilə qətlə yetirib. Qanla bitən ailə münaqişəsi gecə saatlarında başlayıb.

Missiya TV-nin qərb bürosunun məlumatına görə Daşkəsənin ucqar dağ kəndi Qazaxlıda 39 yaşlı Atlas Ocaqverdiyeva həyat yoldaşı 53 yaşlı Teymur Ocaqverdiyevlə mübahisə edərkən əri ona qəflətən balta ilə ölümcül xəsarətlər yetirib. Qonşuların bildirdiyinə görə ailədə ara-sıra söz-söhbət olsa da vəziyyətin bu qədər ağır hal alacağı onlar üçün  gözlənilməz olub.

Qətlə yetirilən qadının yas mərasimi qonşu Qabaqtəpə  kəndində olan ata evində təşkil olunub. Qohumlar da ər-arvadın bu yaxınlarda barışdığını və qətl hadisəsinin gözlənilməz olduğunu deyirlər.

Hadisədən sonra həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Teymur Ocaqverdiyev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. İlkin ehtimala görə hadisə qısqanclıq zəminində törədilib. Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqsəd Rəhimov Raul İbrahimxəlilMissiya TV Qərb Bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
missiya.az

1Sources