EN

İŞİD-in “Vilayəti Xorasan” bölməsi Dağıstandakı terrorla bağlı bəyanat verib

İŞİD-in bölməsi olan “Xorasan İslam Dövləti” (İSKP) terror qruplaşması iyunun 23-də Dağıstanda törədilən terror aktları ilə bağlı bəyanat yayıb.

Azpost.info bildirir ki, bu bəyanat İŞİD-lə əlaqəli olan RocketChat və Telegram kanallarındakı “Al Azaim Media Center” hesablarında yayılıb.  Məlumatı “The Xorasan Diary”nin jurnalistləri görüb.

“Vilayəti Xorasan”öz açıqlamasında “Qafqazlı qardaşlarımız hələ də güclü olduqlarını nümayiş etdirdilər, nəyə qadir olduqlarını göstərdilər” -deyə bəyan edilib.

Amerika Müharibə Tədqiqat İnstitutunun (ISW) qeyd etdiyi kimi, “Vilayəti Xorasan”dan verilən bəyanatda bu qruplaşmanın terror hücumlarında iştirakına işarə edilmir.  Lakin Qafqazın xatırlanması hücuma görə məsuliyyətin İŞİD-in bir şöbəsi olan “Vilayəti Qafqaz” üzərinə düşdüyünü göstərir.

Müharibə Araşdırmaları İnstitutu belə nəticəyə gəlir ki, “Vilayəti Qafqaz” ehtimal ki, iyunun 23-də Dağıstan Respublikasında kilsələrə, sinaqoqlara və hüquq-mühafizə orqanlarına koordinasiyalı hücum həyata keçirib.

ISW qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) regional antiterror strukturu aprel ayında İŞİD-in Crocus City Halldakı terror aktından sonra “Vilayət Qafqaz” yaraqlılarını aktivləşdirməyə çalışdığı barədə xəbərdarlıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
azpost.info

1Sources