Ukraynanın əsasən tatar türklərindən ibarət “Ateş” partizan hərəkatı Rusiya Aerokosmik Qüvvələrinin Sankt-Peterburqdakı hərbi hissəsinin qərargahında kəşfiyyat aparıb.
Hafta.az bu haqda “UNİAN”-a istinadla məlumat yayıb.
"Ateş" telegram-kanalının məlumatına görə, partizanlar 26934 saylı hərbi hissənin Rusiya Aerokosmik Qüvvələri ilə əlaqəli olduğunu və helikopter bölmələri ilə bağlı fəaliyyətlə məşğul olduğunu öyrəniblər. "Koordinatlar: 59.706401797986864, 30.3779226968436. Biz bölmənin və qərargahın işinin xüsusiyyətlərini öyrəndik, hansı avtomobili idarə etdiyinizi, hansı marşrutları seçdiyinizi bilirik",- deyə hərəkat üzvləri bildirib.
Bundan əlavə, partizanlar düşmənin hərbi obyektini əks etdirən fotoşəkilləri nümayiş etdiriblər. Şəkillərin birində deyilir: "Qadağa qoyulan ərazi. Keçid qadağandır".