Amerikalı ailənin Floridadakı evlərinin damına kiçik bir kosmik tullantı parçasının düşməsinə görə NASA-dan 80 min dollardan çox təzminat tələb etdiyi bildirilir.
News24.az xəbər verir ki, hüquq firması Cranfill Sumner, kosmos zibil probleminin artan kosmos trafiki ilə ortaya çıxmağa başladığını və NASA-nın cavabının gələcək sorğuların necə idarə olunacağına dair bir presedent yarada biləcəyini söyləyib.
Qeyd edək ki, ümumi 700 qram ağırlığında olan obyekt martın 8-də Florida ştatının Neapol şəhərində Alejandro Oteronun evinə dəyib və damda deşik yaradıb.
NASA daha sonra bunun 2021-ci ildə Beynəlxalq Kosmik Stansiyadan tullantı kimi atılan bitmiş batareyaların yük paletinin bir hissəsi olduğunu təsdiqləyib.
Günel Məlikzadə