Yunanıstanda COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayında artım olub.
525.az xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) dərc etdiyi həftəlik hesabata görə, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.
Belə ki, 10-16 iyun tarixləri arasında COVID-19-dan 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub.
Qeyd edək ki, əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin orta göstəricisi 166 olub.
Məhəmməd Tağıyev
Bizi İnstagramda izləyin