Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, bu, 25 yaşlı Babayev Rəhim Qurban oğludur.
Hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu