EN

Timsahla küçədə gəzib videosunu paylaşan şəxs həbs olundu

Timsahla küçədə gəzib videosunu paylaşan şəxs həbs olundu

İstanbulun Kartal qəsəbəsindəki iqamətgahlardan birində yaşayan şəxs sahibi olduğu timsahı sviter geyindirib xalta taxaraq küçədə gəzdirib.

Lent.az xəbər verir ki, sosial şəbəkədə bu anları paylaşan şəxs polis tərəfindən saxlanılıb və 1,5 metrlik timsah da ondan alınaraq aidiyyatı qurumlara təhvil verilib.

İstanbulun Kartal qəsəbəsindəki evində 1,5 metr uzunluğunda timsah saxlayan Akan Polad timsaha sviter geyindirərək, onunla küçədə gəzdirib. O timsahını küçədə gəzdirərkən çəkdiyi videonu sosial media hesablarında paylaşıb.

Məhz bu videodan sonra polis onun evinə basqın edərək onu saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
sonxeber.az

1Sources