EN

Çinin ən böyük bankı Rusiyadan "qaçır"

ABŞ sanksiyaları Çinin ən böyük banklarından birini Rusiya bankları ilə əməliyyatlardan imtina etməyə məcbur edib. Söhbət "Bank of China"nın Rusiyadakı törəmə müəssisəsindən gedir.

Valyuta.az "Kommersant"a istinadən xəbər verir ki, ən böyük Çin bankının Rusiya Federasiyasındakı yeganə törəmə şirkəti "Bank of China" iyunun 24-dən sanksiyalara məruz qalan Rusiya banklarından yuanla ödənişləri həyata keçirməyəcək.

Eyni zamanda, "Bank of China"nın Rusiyanın sanksiyalara məruz qalmayan kredit təşkilatları ilə işləməyə davam etdiyi bildirilir.

Eyni zamanda, son vaxtlar Rusiya ödənişləri tənzimləyicilərin diqqətindən yayınmaq üçün getdikcə daha çox bank olmayan ödəniş agentləri vasitəsilə həyata keçirilir.

Qeyd olunur ki, “Bank of China” Çin biznesi, dövlət qurumları və Rusiya şirkətləri üçün dəstəkləyici kredit təşkilatıdır. Eyni zamanda, "Bank of China"nın Rusiyadakı törəməsi Çin banklarının törəmə şirkətləri arasında aktivlərinin həcminə görə ikinci yeri tutur - 2024-cü ilin birinci rübünün sonunda 6,7 ​​milyard dollar.

Paşa Məmmədli
 

Chosen
147
valyuta.az

1Sources