"ABŞ NATO Sammitində Türkiyə ilə danışıqları davam etdirməyi səbirsizliklə gözləyir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Con Bass gələn ay ABŞ-da keçiriləcək NATO Sammiti öncəsi Belçikanın paytaxtı Brüsseldən onlayn mətbuat konfransına qatılan jurnalistlərin suallarına cavabda deyib.
Dövlət Departamentinin rəsmisi bildirib ki, Türkiyə NATO-nun əhəmiyyətli üzvü olmaqla yanaşı, ABŞ-ın starteji müttəfiqdir: "Biz Türkiyə hökuməti ilə istər rəhbərlik səviyyəsində, istərsə də nümayəndə heyətləri arasında qarşılıqlı müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Gələn ay NATO saammiti çərçivəsndə ABŞ-da mühüm görüşlərimiz olacaq. Orada təhlükəsizlik və digər məsələlər ətrafında yeni səhifələr açacağımıza inanıram..."
Con Bass Rusiyadan qaynaqlanan, hibrid təhdidlər, bölgələrdən qeyri-sabitlik və ya terror təşkilatlarının, xüsusən də İŞİD-in dirçəlmə ehtimalı və sair məsələlərdə Türkiyənin güclü mövqeyinə toxunub: "Biz bu istiqamətlərdə əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik...".
Lamiyə Əhmədli
MİA.AZ