WikiLeaks-in qurucusu Julian Assanj Belmarş həbsxanasından azad edilərək Böyük Britaniyanı tərk edib.
Bizim.Media xəbər verir ki, təşkilat X sosial şəbəkəsində onun Avstraliyaya uçan təyyarəyə minməsi ilə bağlı video yayımlayıb.
KİV-in məlumatına görə, Assanj 18 ittihamdan biri üzrə ilkin razılıq əldə edib.
Razılaşmanın bir hissəsi olaraq, ABŞ Ədliyyə Departamentinin prokurorları WikiLeaks-in yaradıcısı üçün 62 aylıq həbs tələb edəcəklər. Assanj bu qədər vaxtını Böyük Britaniyada həbsxanada keçirib. ABŞ-ın qeyri-korporativ ərazisi olan Şimali Mariana adalarında məhkəmənin iyunun 26-da qərar çıxaracağı gözlənilir.
Bizim.Media