EN

Muğlada 26 qanunsuz miqrant xilas edilib

Türkiyənin Muğla şəhərində 26 qanunsuz miqrant xilas edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, Muğlanın Marmaris mahalı sahillərində mühərriki xarab olan rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikən sonra bölgəyə Komandanlığın əməkdaşları cəlb edilib.

Komandalar rezin qayıqda olan 26 qeyri-qanuni miqrantı xilas edib.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
124
e-huquq.az

1Sources