Şimali Koreya yenidən zibillə dolu hava şarlarını Cənubi Koreyaya yollayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreya hakimiyyəti məlumat yayıb.
Pxenyandan gələn zibil şarlarının Seulun hava məkanına daxil olduğu təsdiqlənib. Vətəndaşlardan şarların düşdüyü yerlərə yaxınlaşmamaq xahiş olunub.
Qeyd edək ki, ilk dəfə iyunun 9-na keçən gecə Şimali Koreya qonşu ölkəyə sarı 330-a yaxın zibil şarı buraxıb. Onlardan 80-dən çoxu hədəfə çatıb, o cümlədən 30-u Seula düşüb.