Bakı. Trend:
Prezident İlham Əliyev Sloveniya Respublikasının PrezidentiNataşa Pirts Musara təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident.
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günümünasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqıadından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Sloveniya münasibətlərinin xalqlarımızınmənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlıfaydalı əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolundabirgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dostSloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".