Yaponiyanın problemli valyutasını gücləndirmək üçün hökumətin müdaxiləsi ehtimalına baxmayaraq, yen 1986-cı ildən bəri görünməmiş səviyyələrə enmək riski daşıyır.
Yaponiya valyuta müdaxiləsinə 62,42 milyard dollar - XƏRCLƏYİB
FED.az xəbər verir ki, Sumitomo Mitsui DS Asset Management və Mizuho Bank-ın məlumatına görə, investorlar yüksək gəlirli dollara üz tutduqca, yenin dollara nisbətdə 170-ə düşməsi mümkündür. İnvestorlar hazırda Yaponiyanın potensial yen alışları da daxil olmaqla, yenin eniş trendini aradan qaldrmaq üçün çıxış yolu görmürlər.
May ayının əvvəlindən etibarən bazar hərəkətləri bu məqamı vurğulayır. Yen bazara rekord 9,8 trilyon yen (61,4 milyard dollar) müdaxilədən sonra demək olar ki, yenədə başladığı yerə qayıdır.
ATFX Global Markets-dən Nik Twidale, "Dollar-yenin 170-ə çatma potensialı olduqca yüksəkdir. Qısamüddətli müdaxilə nəticə vermir." -deyə fikirlərini bildirib.
Yenə qarşı mənfi bahislərin mərkəzində Yaponiyanın ABŞ ilə geniş faiz fərqi dayanır. Federal Ehtiyatlar Sistemi hələ də faiz dərəcələrini aşağı salmayıb. ABŞ benchmark faiz dərəcəsinin yuxarı həddi 5,5% olduğu halda, Yaponiya Bankının (BOJ) faiz dərəcəsi demək olar ki, sıfırdır. Eyni şey Avropaya da aiddir. Yen avro qarşısında rekord minimuma yaxınlaşır.
Bu, dünyanın üçüncü ən çox satılan valyutasını yeni, yüksək gəlirli dollar, avro və inkişaf etməkdə olan bazar valyutalarına qarşı satış üçün əsas hədəfə çevirdi. Yaponiyanın yüksək səviyyəli pul rəsmisi Masato Kanda, səlahiyyətlilərin lazım gələrsə, günün 24 saatı müdaxilə etməyə hazır olduğunu söyləyib.
Çərşənbə axşamı Tokioda saat 13:47-də yen dollara nisbətdə 159,46 səviyyəsində bir qədər möhkəmləndi.
Bloomberg strateqlərinin fikrincə, "Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini endirməyə tələsmədiyi bir şəraitdə, yenin bərpası tamamilə Yapon rəsmilərindən asılıdır və hələlik onların sözləri investorları kursu dəyişməyə inandırmır".
Sumitomo Mitsui DS Asset Management-in baş portfel meneceri Shinji Kunibe, Yaponiyanın müdaxilə edəcəyi təqdirdə yenin dollar qarşısında 150-dən yuxarı qalxa biləcəyini ifadə edərək, "Uzun müddətdə yen 170-ə doğru zəifləməyə davam edəcək" dedi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.