EN

Bu il Azərbaycan sığorta bazarı 14%-ə yaxın böyüyüb

2024-ci ilin yanvar-may aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 13,6% artaraq 643.8 milyon manata çatıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 57,5% artaraq 274.8 milyon manata yüksəlib.

Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 5 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 30,7 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 42,7 manat olub.

Chosen
110
5
apa.az

6Sources