EN

Fəxri ad almaq istəyən Manaf Ağayev: “Gözəl bir məktub yazıb…”

Müsahibələrinin birində sənətçi Manaf Ağayev Əməkdar artist fəxri adına layiq olduğunu deyib:”Titul kimi, əziyyətimin bəhrəsi kimi istəyərəm o adı alım. İnsan uman yerdən küsər də… Mən titulumu istəyirəm”. 

O ada layıq olduğunu iddia edən sənətçi bu barədə Mədəniyyət Nazirliyinə müraciət edibmi? 

Məsələ ilə bağlı ifaçı Manaf Ağayev “Cebhe.info”-ya deyib ki, heç yerə müraciət etməyibdir:

“Mən xalqım üçün çalışıb, saysız- hesabsız konsert verib, mahnı oxumuşam. Elə olub ki, soyuq Sibirdə konsert vermişəm, minlərlə insanın qarşısında oxumuşam. Əlbəttə, fəxri ad mənim haqqımdır. Ancaq bununla bağlı heç kimə müraciət etməmişəm. Əgər lazım olarsa, gözəl bir məktub yazıb müraciət edəcəyəm”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
106
cebheinfo.az

1Sources