2023-cü ildə dünyada qidada sənaye və trans yağları ilə mübarizə üçün aparılan siyasətlər nəticəsində 3,7 milyard insanın və dünya əhalisinin 46%-nin qida mühitini yaxşılaşdırıb. Bu barədə Ümumdünya Səhiyyə təşkilatı məlumat yayıb.
ÜST-ün Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin Direktoru Dr.Françesko Branka bildirib ki, trans yağların aradan qaldırılması əldə edilə bilən əlverişli və həyat xilasedici addımdır, ÜST bu məqsədə çatmaqda Üzv Dövlətləri dəstəkləyir.
Banka həmçinin onu da vurğulayıb ki, bu siyasətlərə uyğunluğun monitorinqini və tətbiqini təmin etmək trans yağların aradan qaldırılmasında və sağlamlıq qaydalarına nail olmaqda maksimum əhəmiyyət kəsb edəcək.
ÜST-ə görə ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəbidir.
Hər il 278 mindən çox ölüm sənaye üsulu ilə istehsal olunan trans yağların qəbulu ilə əlaqələndirilir.
Məlumatda qeyd olunub ki, sağlamlığa mənfi təsirlər nəzərə alınarsa, indiki irəliləyişlər ildə təxminən 180 000 insanın həyatını xilas edə bilər.
2024-cü ilin yanvarında ÜST 5 ölkəyə - Danimarka, Litva, Polşa, Səudiyyə Ərəbistanı, Taylanda sənaye üsulu ilə istehsal edilən trans yağların aradan qaldırılmasında əldə olunan irəliləyişlərə görə, Qiymətləndirmə Sertifikatı verib.
Buna baxmayaraq dünyada 4 milyarddan çox insan əsasən ÜST-nin Afrika, Qərbi Sakit Okean regionlarında bu zəhərli kimyəvi maddədən müdafiə oluna bilmir.