EN

ADP İdarə Heyəti seçkilərlə bağlı münasibətini açıqladı

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ötən həftənin mühüm istimai-siyasi hadisələri ilə bağlı müzakirələr aparılıb. İlk növbədə YAP-ın müraciətilə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələyə diqqət çəkən partiya yetkililəri ölkədə parlament islahatları ilə bağlı referendum keçirilmədən, proporsional seçki sistemi bərpa edilmədən bundan əvvəlki seçki kimi tələm-tələsik bir seçkinin keçirilməsini xalqın gözləntilərinə uyğun olmadığını qeyd ediblər. Buna baxmayaraq İdarə Heyətində, seçkilərin erkən keçiriləcəyi təqdirdə hər hansı formada iştirak etməyin vacibliyi də vurğulanıb və ilkin olaraq seçki ilə bağlı partiyadaxili hazırlıq işlərinə başlanmasına qərar verilib.
 
İclasda cəmiyyəti ciddi narahat edən qazi intiharları ilə bağlı məsələyə də münasibət bildirilib. Qeyd edilib ki, qazilərə dövlət qayğısının artırılması, onlarının social-psixoloji reabilitasiyasının həyata keçirilməsi, onları intihar həddinə çatdıran məmurların ən ciddi şəkildə cəzalandırılması və dövlət məmurlarının müharibə iştirakçıları ilə bağlı məsələlərdə hüquqi məsuliyyətinin artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilməlidir. İclas iştirakçıları təəssüflə qeyd ediblər ki, indiyədək baş vermiş intiharlara görə hər hansı bir dövlət məmuru müvafiq cəza almadığına görə bu cür hadisələr davam edir. 
 
Daha sonra İdarə Heyətində MM-də inzibati cərimələrin artırılmasına dair qanunla bağlı müzakirələr olunub və bu qanunun qəbulu hakimiyyətin iqtisadiyyatla bağlı yarıtmaz fəaliyyətinin ört-basdır edilməsinə cəhd kimi dəyərləndirilib. Qeyd edilib ki, hazırkı qanunda nəzərdə tutlan cərimə məbləğlərinin əhalinin əksər hissəsinin real gəlirləri ilə katastrofik uyğunsuzluğu onu deməyə əsas verir ki, bu qanun əhalinin müxtəlif bəhanələrlə soyğunçuluğa məruz qoyulmasına gətirib çıxaracaq. 
 
İclasda qohum evliliklərinin qadağan edilməsi ilə bağlı yeni qəbul edilmiş qanuna da münasibət bildirilib və qeyd edilib ki, bu qanun insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Həmçinin  bildirilib ki, bu qanun qəbul edilərkən xalqımızın milli və dini adət-ənənələri gözardı edilib, qanunun qəbulunu zəruri edən şərtlər ciddi və elmi baxımdan araşdırılmayıb və cəmiyyətdə bununla bağlı müzakirələr aparılmayıb. Bütün bunları nəzərə alaraq ADP İdarə heyəti Respublika Prezidentini vətəndaşların Konstitusiyada nəzərdə tutlmuş hüquqları ilə ziddiyyət təşkil edən bu qanunu imzalamamağa çağırıb.  
 
ABŞ dövlət katibi E.Blinkenin prezident İ.Əliyevə telefon zənginə toxunan İdarə Heyəti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezləşdirilməsi və insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qaldırılan məsələlərin xalqımızın milli maraqlarına uyğun olduğu qeyd edilib. Bildirilib ki, sülh müqaviləsinin gecikdirilməsi yalnız Rusiyanın maraqlarına uyğundur və bu ölkənin dövlət rəsmiləri aşkar şəkildə Cənubi Qafqazda sülhün baş tutmasına maksimum mane olmağa çalışırlar. ADP İH hakimiyyətə bir daha müraciət edərək siyasi məhbus hesab olunan şəxsləri uyğun bir formada həbsdən azad etməyə, dövlətimizin beynəlxalq qınaqlarla üzləşməməsi üçün real addımlar atmağa çağırıb. 
 
İH-də Dağıstanda baş verən son hadisələrdən ciddi narahatlıq ifadə edilib. Qeyd edilib ki, bu hadisələr bölgədə ruslaşdırma siyasəti və yerli xalqlara qarşı mərkəzin basqılarına cavab olaraq meydana çıxıb. Eyni zamanda ADP İH terrorun doğru mübarizə yolu olmadığını bir daha qeyd edib və kimin hansı məqsədlərlə həyata keçirməsindən asılı olmayaraq terrorun pislənilməsinin vacibliyi bildirilib.  
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
moderator.az

1Sources