Sportinfo.az xəbər verir ki, "Kəpəz" növbəti mövsüm ev oyunlarını keçirmək üçün iki variant haqqında düşünür.
"Sarı-göylər" daha əvvəl olduğu kimi qonşu bölgələrdəki klublara - "Qəbələ" və "Turan Tovuz"a müraciət edəcək.
Sonda bu variantlardan daha münasibinə üstünlük veriləcək.
"Kəpəz"in ev matçlarını keçirdiyi Gəncə şəhər stadionu yenidən qurulur.