EN

Deputat: İcra hakimiyyəti orqanlarına belə bir geniş səlahiyyətlər verilməməlidir"

"Bir çox hallarda qanunları qəbul edərkən həmin qanunları hüquqi ekspertizadan keçirmirik və bir araşdırma aparılmır ki, sonradan bu norma qanunun sui-istifadəyə məruz qalmasına yol açacaq yoxsa yox ?"

Qaynarinfo xəbər verir ki bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib

Deputat bildirib ki müvafiq icra hakimiyyəti orqanına çox geniş səlahiyyətlər və imkanlar yaradırıq ki, bu da gələcəkdə qanundan sui-istifadə hallarına yol açmış olacaq: 

"Mən sizin diqqətinizə özümün rastlaşdığım bir hadisəni çatdırmaq istəyirəm. Mənə yaxın insanlar müraciət eləmişdilər ki, Masazırda qəsəbənin ortasında torpaq sahələri var, amma onun kateqoriyasını heç cür dəyişdirə bilmirlər. Baxmayaraq ki, ətrafdakıların hamısı bunu edə bilib. Yəni orada su yoxdur, kənd təsərrüfatı təyinatı üçün istifadə oluna bilməz. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bu barədə razılığı da verib. Amma yenə də bu məsələ Nazirlər Kabinetində ilişib qalıb. Bu məsələni heç cür həll edə bilmir. Uzun illərdir həmin torpaq yararsız vəziyyətdə qalıb. Ona görə, hesab edirəm ki, biz, bu məsələləri qanunvericilik qaydasında tənzimləməliyik. Yəni icra hakimiyyəti orqanlarına belə bir geniş səlahiyyətlər verilməməlidir" - deyə deputat vurğulayıb

Qafqaz Rafiqoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources