Motosiklet sürücüsünün törətdiyi qəza anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, motosiklet sürücüsü qırmızı işıqda keçən piyadaları görsə də sürətini azaltmadan yoluna davam edib. Ən sonda yolu keçən yaşlı qadın qaça bilmədiyi üçün motosiklet sürücüsü tərəfindən vurulub.
Daha sonra qırmızıda keçən piyadalar sürücünün üzərinə gələrək onu haqsız çıxarmağa başlayıblar.
Bu qəzada günah piyadada olsa da sürücü onları vurmamaq üçün mümkün vasitələrdən istifadə etməli idi. Piyadanın qayda pozması o demək deyil ki, onu vurub öldürmək olar. İnsanlarda yanlış fikir formalaşıb ki, guya xarici ölkələrdə piyada qayda pozan zaman onu vuran sürücü həmişə haqlı olur. Qeyd edək ki, heç bir ölkədə belə bir qayda yoxdur. Bu cür qəzalarda hər iki tərəfin əməlləri araşdırılır. Əgər sürücü heç bir qaydanı pozmayıbsa (hərəkət sürətini aşmayıbsa, manevr, ötmə və digər qaydaları pozmayıbsa, piyadanı vurmamaq üçün mümkün vasitələrdən istifadə edibsə) bu zaman o, günahsız hesab edilə bilər. Yox əgər göz görə-görə qayda pozduğu üçün piyadanın üzərinə sürüb onu vurursa, təbii ki, sürücü də təqsirli hesab olunur.
Fərid