ABŞ prezidentliyinə namizəd və Ağ Evin keçmiş rəhbəri Donald Trampın məsləhətçilərinin Ukraynanı sülh danışıqlarına cəlb etmək planı cəbhədəki vəziyyəti nəzərə almalıdır. Yeni Azərbaycan "Reuters" - a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya danışıqlara açıqdır, lakin planı qiymətləndirmək üçün ilk növbədə Rusiya tərəfi onunla tanış olmalıdır.
Qeyd olunur ki, Trampın dövründə ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibləri Keyt Kelloq və Fred Fleyts Kiyevin yalnız danışıqlara girəcəyi təqdirdə daha çox Amerika silahı alacağı planını təqdim ediblər.
Havar Şəfiyeva Â