Bakı. Trend:
8 iyun 2024-cü il tarixində ötən il test imtahanı mərhələsindəkeçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrarsertifikatlaşdırma imtahanında 7 296 müəllim iştirak edib.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.
Qeyd edilib ki, onlardan 3 386 nəfəri keçid balını toplayaraqmüsahibə mərhələsində iştirak imkanı qazanıb.
"Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-uisə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, şuranınqərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim dəsertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahanqaydalarını pozduğu üçün nəticələri ləğv olunub.
Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdəiştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçünnəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əməkqanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək", -deyə əlavə edilib.