Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu barədə iyunun 25-də keçirilən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasında bildirilib.
Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.