EN

“Bu sarıdan Ermənistanda vəziyyət biabırçıdır” – Sabiq nazir müavini

Ermənistanda buğda ilə özünü təminetmə səviyyəsi cəmi 20-22% təşkil edir.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutyunyan deyib.

Onun sözlərinə görə, bu, “müharibə şəraitində olan bir ölkə üçün biabırçılıqdır”. Arutyunyan bildirib ki, Rusiya Ermənistana hər il güzəştli qiymətlərlə 450 min ton buğda verir.

Keçmiş nazir müavini Paşinyan hökumətini Aİ ilə münasibətləri inkişaf etdirməyə, lakin Rusiya ilə də əsas əlaqələrə xələl gətirməməyə çağırıb.

Xatırladaq ki, Azərbaycan torpaqları işğal altında olan illərdə Ermənistanın özünü taxılla təmin etmək imkanları daha yüksək idi. Belə ki, Qarabağ və ətraf rayonlardakı işğal olunmuş ərazilərdə böyük miqyasda taxıl əkilirdi və buğda Ermənistana daşınırdı.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
50
azpolitika.info

10Sources