EN

Hər səhər kartof suyu içsəniz...

Süfrələrin vazkeçilməzlərindən olan kartofun özü kimi suyu da faydalır. 

Hit.az xəbər verir ki, su və karbohidratlardan ibarət olan kartofun tərkibində kalsium, natrium, mis, manqan və dəmir kimi mineral duzlar, habelə C, K, P, B, B1, B6 vitaminləri var.

Kartofun özünü yeməklə yanaşı, onun suyunu da içə bilirsiniz. Belə ki, kartofu qaynadıb suyunu içmək orqanizm üçün xeyirlidir. Xüsusilə, bunu səhər acqarına etməyin faydaları daha çoxdur. 

Maraqlıdır, kartof suyunun hansı faydaları var? 

1) Kartof suyu iltihab əleyhinə xüsusiyyətləri ilə iltihabı aradan qaldırır və oynaqlarda ağrıları azaldır.
2) Qəbizlik, şişkinlik və mədə ağrılarına qarşı da effektivdir. 
3) Bu, həm də orqanizmdən toksinlərin çıxarılmasını təmin edir.
4) Yüksək qan təzyiqini də tarazlaşdırır.
5) Qanazlığı ilə mübarizə aparır.
6) Arıqlamağa kömək edir.
7) Dərini gözəlləşdirir, cavanlaşdırır və sızanaqlardan təmizləyir.

Bəs kartof suyunu necə hazırlamaq olar? 

Kartofları soyun və yaxşıca yuyun. Sonra şirəçəkəndə onların suyu sıxın. Əgər şirəçəkən yoxdursa, 3 kartofun üzərinə bir stəkan su əlavə edib qarışdıra bilərsiniz. Daha sonra stəkana töküb istehlak edə bilərsiniz.

Pərviz

Chosen
161
36
hit.az

10Sources