EN

Vətən müharibəsində bütün dünya Azərbaycan Ordusunun gücünün və rəşadətinin şahidi oldu -Kənan Qubadzadə

26 İyun – Azərbaycanda Silahlı Qüvvələr Günüdür. 26 İyun Silahlı Qüvvələrin Günü ənənəsi 1918-ci ildən xalqımıza qoyulmuş bir mirasdır. Azərbaycan dövləti gücləndiyinə görə 1990-cı illərin əvvəllərində yaşadığı çətin dövrləri uğurla addımlaya bildi. Təbii ki, bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs dayanır. Ancaq 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi  hakimiyyətə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələri güclü və qüdətli orduya çevrildi. Təsadüfi deyil ki, məhz bundan sonra ordu quruculuğu başlandı. Həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, sonra Ali Hərbi Məktəbin əsasının qoyulması, Azərbaycan Ordusunda Ulu Öndərin birbaşa diqqət və qayğısı idi. Daha sonra bu siyaət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ordu quruculuğu daha geniş vüsət aldı. Yeni hərbi-texniki vasitələr ordumuzun arsenalına daxil edildi. Beləliklə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer aldı.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirdi.

Kənan Qubadzadə qeyd etdi ki, ordumuz öz gücünü bir daha 2020-ci ildə başlanan, qalibiyyət Zəfəri ilə müşahidə olunan 44 günlük Vətən müharibəsində özünü göstərdi. Həmin dövrdə Azərbaycan Ordusunun gücünü dünya dövlətləri görməyə başladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Heç də təsadüfi deyil ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər bir ordudur. Vətən müharibəsi zamanı Ali Baş Komandan bütün çıxışlarında bildirdi ki, bizim ordunun gücü və qüdrəti, xüsusən də gənclərimizin rolu böyükdür. Çünki bilirik ki, ordumuzun şəxsi heyəti əsasən gənclərdən ibarətdir. Onların şücaəti və qəhrəmanlığı sayəsində biz bu gün azad, müstəqil və bütöv Azərbaycanda yaşayırıq. Müzəffər Ali Baş Komandanın düzgün strategiyası, şəhidlərimizin və qazilərimizin qanı-canı bahasına ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi. Bunun üçün biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik. 

İctimai Birliyinin sədri vurğuladı ki, 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində gənclərimizin ərazi bütövlüyümüzün bərqərar olunmasında rolu böyükdür. Postmüharibə dönəmində də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri və qaziləri diqqət və qayğısı göz önündədir. Azərbaycanda dövlət tərəfindən  cəmiyyətin həssas qruplarına göstərilən qayğı başqa dövlətlərə nümunə ola biləcək bir səviyyədədir. Şəhid ailələri və qazilər bizim baş tacımızdır. Onu da demək olar ki, Vətən müharibəsində ön cəbhə ilə əsgərlərimizlə bərabər, arxa cəbhədə də cəmiyyətimiz, gənclərimiz hər an Ali Baş Komandanın tapşırığını gözləyirdi. Hazırda ölkə gəncliyi sağlam əqidəli və düşüncəli, cəsarətlidir. Gəcnlərimiz Prezident İlham Əliyevin yürütdüyü siyasəti yüksək səviyyədə dəstəkləyir. Biz inanırıq ki, yaxın gələcəkdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışın şahidi olacağıq.

Cavid Əkbərov, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
3
ikisahil.az

4Sources