EN

Avtomobillərin icbari sığortası üzrə ödənişlər - 52 MİLYON MANATA ÇATIR

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 65 milyon 316 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 370 min manat və ya 4% çoxdur.

2023-ci ilin yanvar-may aylarında bu göstərici 62 milyon 946 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 51 milyon 619 min  manat təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 517 min manat və ya 32% çoxdur.

Əvvəlki ilin eyni dövründə 39 milyon 101 min manat sığorta ödənişləri edilmişdi.

Chosen
182
1
fed.az

10Sources