EN

Gəzinti bu xəstəliklərə yoluxma riskini azaldır - ARAŞDIRMA11

Arıqlamaq, ideal ölçülərə çatmaq və sağlam olmaq üçün mütəmadi olaraq gəzmək vacibdir. Bəzi insanlar gəzintinin faydalarından xəbərsizdir. 


Sfera.az xəbər verir ki, müntəzəm olaraq gəzmək qan dövranını yaxşılaşdırır və gəzinti zamanı adi vaxta nisbətən kalori 5 dəfə artıq itirilir.


Həmçinin piyada gəzintilər insandan nə əlavə vaxt, nə də pul tələb edir  və bununla yanaşı insan sağlamlığına müsbət təsir göstərir.


Gəzməyi vərdiş halına gətirərək yaşlanmağı gecikdirmək mümkündür. Araşdırmalara görə, stabil olaraq həftədə 20-25 kilometr gəzən insanlar gəzməyənlərdən daha uzun yaşayır.


Gəzinti stress üçün də idealdır. Gəzərkən qan təzyiqi tənzimlənir, xoşbəxtlik hormonu olan endorfinin istehsalı artır.


Gəzmək döş xərçəngi riskini, revmatizm kimi ağrıları azaldır və immunitet sistemini gücləndirir.


Ülkər Abdurahmanlı 

Chosen
275
1
sfera.az

2Sources